Apr 21 2020 17:44
Elshad Aliyev
Views: 134

İran hakimiyyəti COVID-19 pandemiyasının yayılması ilə əlaqədar mindən çox əcnəbi məhkumu müvəqqəti olaraq azadlığa buraxıb.

APA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İran Ali Məhkəməsinin nümayəndəsi Qulam Huseyn İsmayili deyib.

“Yüz min məhkum, o cümlədən də mindən çox əcnəbi məhkum müvəqqəti olaraq azadlığa buraxılıb”, - deyə Q. İsmayili bildirib.

Müvəqqəti azadlığa buraxılanlar arasında Britaniya və İran vətəndaşı olan Nazanin Zagari-Ratcliff də var.


Create Account



Log In Your Account