May 21 2020 15:00
Elshad Aliyev
Views: 32

Son 24 saat ərzində İranda koronavirusa 2392 yoluxma halı aşkar edilib, 66 nəfər isə ölüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 129 min 341 nəfərə ölənlərin sayı isə 7 min 294-də çatıb.

Xüsusi rejimli xəstəxanalarda müalicə alan 100 min 564 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi onu da vurğulayıb ki, intensiv terapiya şöbəsində yatan 2 min 655 nəfərin vəziyyəti ağırdır. Bu günə kimi İranda 831 min 213 nəfər testdən keçirilib.


Create Account



Log In Your Account