Apr 02 2020 14:28
Elshad Aliyev
Views: 68

İranda ötən sutka ərzində daha 2 875 nəfərdə koronavirus aşkarlanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş  Cahanpur bildirib ki, epidemiyaya yoluxanların ümumi sayı 50 468 nəfərə çatıb.

Ötən sutka ərzində 124 nəfər həyatını itirib, indiyədək 3160 nəfər ölüb.

16 711 nəfərin müalicə olunaraq sağaldığını deyən K. Cahanpur bildirib ki, 3 956 xəstənin vəziyyəti ağırdır.

O, ölkədə 69 milyon nəfərin koronavirusa görə test edildiyini bildirib. 


Create Account



Log In Your Account