Apr 07 2020 14:33
Elshad Aliyev
Views: 83

İranda koronavirusa yoluxanların sayı 62589 nəfərə çatıb. 

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin sözçüsü  Kiyanuş Cahanpur deyib. O bildirib ki, ötən sutka ərzində 2089 nəfər koronavirusa yoluxub və beləliklə ölkədə virusa yoluxanların sayı 62589 nəfərə çatıb.

Qeyd olunub ki, ötən sutka İranda koronavirusdan 133 nəfər dünyasını dəyişib və ölənlərin sayı 3872 nəfərə çatıb. 

K.Cahanpur həmçinin deyib ki, virusa yoluxanlardan 3987 nəfərin vəziyyətinin ağırdır. Bu günədək koronavirusa yoluxmuş 27039 nəfər sağalıb.


Create Account



Log In Your Account