Mar 13 2020 17:28
Elshad Aliyev
Views: 239

İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir.

AZƏRTAC İranın Səhiyyə Nazirliyinin verdiyi məlumata əsasən xəbər verir ki, yoluxanların sayı 11 mini, ölənlərin sayı isə 550-i ötüb.

Prezident Həsən Ruhaninin yaratdığı xüsusi komissiya əhalinin aztəminatlı təbəqəsinə yardım göstərmək üçün sənəd hazırlayıb və Prezidentə təqdim edib. Prezidentin sərəncamına əsasən İranda 3 milyon ailə dövlətdən maddi yardım alacaq.

Bu gün BMT-nin Baş katibi Antonio Quterreş İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin məktubuna cavab olaraq dünya dövlətlərinə müraciət edib. Baş katib dövlət başçılarını İrana lazım olan tibbi avadanlıqları verməyə çağırıb. Bildirilib ki, İran koronavirusdan ən çox əziyyət çəkən dövlətlərdən biridir. Virusla mübarizə birgə səylərlə səmərə verə bilər. BMT Baş katibinin müraciətinə baxmayaraq ABŞ Prezidenti Donald Tramp İrana qarşı 1995-ci ildə tətbiq olunan sanksiyaların əlavə 1 il də uzadılması haqqında sərəncam imzalayıb.

Yaponiya hökuməti isə virusa qalib gəlmək üçün birgə mübarizənin zəruriliyini və İrana 23,5 milyon dollar həcmində tibbi yardım göstərdiyini bəyan edib.

 


Create Account



Log In Your Account