Apr 09 2020 14:21
Elshad Aliyev
Views: 81

İranda son sutka ərzində daha 117 nəfər koronavirusdan vəfat edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bununla da İranda koronavirusdan vəfat edənlərin sayı 4110 nəfərə çatıb.

Ölkədə 1634 yeni yoluxma faktı qeydə alınıb. Bu günədək İranda 66 220 nəfər koronavirusa yoluxub, onlardan 32 309 nəfər sağalıb. Hazırda virus daşıyıcısı olan 3918 nəfərin vəziyyəti ağırdır.


Create Account



Log In Your Account