Apr 14 2020 14:21
Elshad Aliyev
Views: 69

İranda ötən sutka ərzində 1574 nəfər yeni növ koronavirusa yoluxub və beləliklə ölkədə xəstəliyə yoluxanların sayı 74 877 nəfərə çatıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, İranda ötən sutka ərzində koronavirusdan 98 nəfər vəfat edib, ölənlərin sayı 4683 nəfərə çatıb. 

K. Cahanpur qeyd edib ki, indiyədək 48 129 nəfər xəstəlikdən sağalıb, 3691 nəfərin vəziyyəti isə ağırdır. 


Create Account



Log In Your Account