Apr 23 2020 14:18
Elshad Aliyev
Views: 73

İranda son sutka ərzində yeni növ koronavirusdan 90 nəfər ölüb.

APA-nın İran Səhiyyə Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkədə koronavirusdan ölənlərin sayı 5481 nəfərə çatıb.

İranda son 24 saat ərzində 1030 yoluxma qeydə alınıb. Ölkədə indiyə kimi COVID-19 virusuna yoluxanların sayı 87 026 nəfərə çatıb. 64 843 nəfər xəstəlikdən sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3105 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.    


Create Account



Log In Your Account