Apr 27 2020 14:49
Elshad Aliyev
Views: 61

İranda son 24 saat ərzində yeni növ koronavirusdan 96 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 5806 nəfərə çatıb.

İranda son 24 saat ərzində 991 yeni yoluxma faktı qeydə alınıb və ölkədə COVID-19 virusuna yoluxanların sayı 91 472 nəfərə çatıb.

Virusa yoluxanlardan 70 933 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan 3011 xəstənin xəziyyəti ağır və ya orta ağırdır. 


Create Account



Log In Your Account