Apr 30 2020 15:21
Elshad Aliyev
Views: 45

İranda son 24 saat ərzində 71 nəfər yeni növ koronavirusdan (COVID-19) vəfat edib. APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6028 nəfərə çatıb.

İranda son 24 saat ərzində koronavirusa 983 yoluxma halı qeydə alınıb və xəstəliyə yoluxanların sayı 94 640 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 75 103 nəfər sağalıb, 2976 nəfərin vəziyyəti isə ağırdır.


Create Account



Log In Your Account