Apr 27 2020 16:35
Elshad Aliyev
Views: 52

Aprelin 27-də İranda ilk dəfə olaraq koronavirusa yoluxanların sayı 1000 nəfərdən aşağı olub.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib. O qeyd edib ki, martın 21-dən başlayan yoluxmanın pik nöqtəsi artıq arxada qalıb. Bunu ölənlərin və yoluxanların sayının tədricən azalması deməyə əsas verir. Onun sözlərinə görə son 24 saat ərzində İranda virusa 991 nəfər yoluxub və ümumi yoluxanların sayı 91,5 nəfərə çatıb. Gün ərzində 96 nəfər həyatını itirib və ümumilikdə ölənlərin sayə 5 min 806-ya çatıb.


Create Account



Log In Your Account