Jun 04 2020 17:05
Elshad Aliyev
Views: 133

İranda son sutka ərzində martın 30-dan sonra yeni növ koronavirusa (COVID-19) ən yüksək yoluxma qeydə alınıb.

APA-nın xəbərinə görə, martın 30-da İranda koronavirusa 3186 yoluxma aşkarlanıb.

Son sutka ərzində isə koronavirusa 3574 yoluxma qeydə alınıb.

İran Prezidenti Həsən Ruhani bildirib ki, vətəndaşların sağlamlığı dövlətin qarşısında duran prioritet məsələdir. 

İran Prezidenti qeyd edib ki, bir sıra əyalətlərdə yoluxma sayının artması ilə əlaqədar səhiyyə sahəsində verilmiş göstərişlərə dəqiq əməl edilməlidir. 


Create Account



Log In Your Account