May 01 2020 14:12
Elshad Aliyev
Views: 62

İranda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 63 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranda koronavirusdan ölənlərin sayı 6091 nəfərə çatıb.

Ölkədə son sutka ərzində 1006 yeni yoluxma faktı qeydə alınıb ki, bununla da COVID-19 virusuna yoluxanların sayı 95 646 nəfərə çatıb.

İndiyədək virusa yoluxanlardan 76 318 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan 2899 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.


Create Account



Log In Your Account