May 07 2020 14:03
Elshad Aliyev
Views: 53

İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 68 nəfər vəfat edib.

APA-nın xəbərinə görə, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 6486 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa  1485 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 103135 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 82744  nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2728 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.


Create Account



Log In Your Account