Apr 29 2020 18:06
Elshad Aliyev
Views: 164

İranda spirtli işçidən zəhərlənənlərin sayı kəskin artıb.

APA xəbər verir ki, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanus Cahanpur İranda koronavirus (COVID-19) infeksiyasının aşkarlanmasından sonra ölkədə 5011 nəfərin alkoqoldan zəhərləndiyini açıqlayıb. Onlardan 700 nəfəri ölüb, 90 nəfəri isə görmək qabiliyyətini itirib.

K. Cahahpurun sözlərinə görə, spirtli içki qəbulunun virusu məhv etdiyinə inanan şəxslər COVID-19-a yoluxmamaq üçün alkoqollu içki içirlər. 

Qeyd olunub ki, ötən il ölkədə spirtli içkidən zəhərlənmiş şəxslərdən cəmi 66 nəfəri ölüb.


Create Account



Log In Your Account