Mar 15 2021 15:20
Elshad Aliyev
Views: 142

İranda ötən sutka ərzində 100 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 61330 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7980 nəfər koronavirisa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 1754933 nəfərə çatıb.

Virus daşıyıcılarından 3839 nəfərin vəziyyəti ağırdır.

 


Create Account



Log In Your Account