May 02 2020 13:15
Elshad Aliyev
Views: 234

Bu gün səhər saatlarında İranın cənub regionunda 5,0 bal gücündə zəlzələ baş verib. AZƏRTAC Tehran Universitetinin Seysmoloji Mərkəzinin yaydığı açıqlamaya istinadla xəbər verir ki, zəlzələnin episentri Körfəz sahilindəki Bəndər-Abbas şəhəri yaxınlığında baş verib və ətraf rayonlarda da hiss olunub. Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində olub.

Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürənlər və xilasedicilər göndərilib. Dağıntılar və insan tələfatı haqqında hələlik məlumat verilməyib.


Create Account



Log In Your Account