May 11 2020 12:02
Elshad Aliyev
Views: 45

İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) Oman dənizində keçirdikləri manevr zamanı partlayış baş verib.

AZƏRTAC İranın HDQ yaydığı açıqlamaya istinadən xəbər verir ki, partlayış “Konarak” hərbi gəmisində olub. Nəticədə 1 dənizçi ölüb, 12 nəfər isə Çabahar şəhərinin xəstəxanasına yerləşdirilib.

Açıqlamada qeyd olunur ki, partlayışın baş vermə səbəbi araşdırılacaq.

Qeyd edək ki, “Konarak” gəmisi hərbi yükləri daşımaq üçün nəzərdə tutulub.


Create Account



Log In Your Account