Dec 18 2019 11:38
Elshad Aliyev
Views: 125

İranın Əhvaz şəhərində aramsız yağan yağışlar böyük fəsadlar törədib.

AZƏRTAC xəbər verir ki, ötən gecə yağan leysan yağışları nəticəsində şəhərin küçələrini su basıb, avtomobillərin və piyadaların hərəkətində çətinlik yaranıb.

Yerli mətbuatın verdiyi məlumata görə, məktəblər və bəzi ictimai-iaşə obyektləri bir günlük tətil elan ediblər.

Yağış suları bəzi evlərə də dolaraq insanlara problemlər yaradıb. Təbii fəlakət zamanı həyatını itirən olmayıb.


Create Account



Log In Your Account