May 01 2020 14:10
Elshad Aliyev
Views: 63

İraq öz ərazisində fəaliyyət göstərən xarici neft şirkətləri ilə danışıqlarda çətinliklər üzündən “OPEC+” (Neft İxrac Edən Ölkələr Təşkilatında və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşması çərçivəsində müəyyən edilmiş neft hasilatı üzrə azalmanı (gündəlik 1 mln. barel həcmində) təmin etməyə bilər.

APA-Economics”in məlumatına görə, bu barədə “Reuters” öz mənbəyinə istinadən xəbər verir.

Məlumata əsasən, ölkənin neft nazirliyi yerli neft şirkəti olan “Basrah Oil Co”ya tapşırıq verib ki, şirkət öz yataqlarında (yerli şirkətlər tərəfindən idarə olunan yataqlar daxil olmaqla) gündəlik neft hasilatını 700 min. barel azaltsın.

Lakin “Reuters” hazırda BP, “ExxonMobil”, “Lukoil” və “Eni” kimi böyük şirkətlər tərəfindən istehsalın azaldılması çağırışlarına müqavimət göstərdiyini qeyd edir.


Create Account



Log In Your Account