Feb 27 2020 14:52
Elshad Aliyev
Views: 99

İraq Respublikasının Prezidenti Bərham Saleh Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyevi təbrik edib. 

APA-nın xəbərinə görə, təbrikdə deyilir: 

"Hörmətli cənab Prezident.

Azərbaycan Respublikasının Milli Məclisinə bu yaxınlarda keçirilmiş növbədənkənar seçkilərdə rəhbərlik etdiyiniz partiyanın qələbə qazanması münasibətilə Zati-alinizi və dost Azərbaycan xalqını öz adımdan və İraq xalqı adından təbrik edirəm.

Sizə ali dövləti vəzifənizdə uğurlar, dost ölkənizə tərəqqi və rifah, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin birgə əməkdaşlıq yolu ilə daha da inkişaf etməsini arzulayıram".


Create Account



Log In Your Account