Feb 17 2017 14:43
Ulviyye Sabirqizi
Views: 1439

Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal Bakıya səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsindən CBC-yə verilən məlumata görə, Səudiyyə Ərəbistanı şahzadəsi, ölkənin kəşfiyyat xidmətinin sabiq rəhbəri, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal martın 16-17-də Bakıda keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.

İlk dəfə Qlobal Bakı Forumuna qatılan şahzadə Turki əl-Faysalın forumun prezident panelində “Xarici əlaqələrin gələcəyi” mövzusunda çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən V Qlobal Bakı Forumunda 50 ölkədən 200-dən artıq hazırkı və sabiq dövlət başçıları, hökumət rəhbərləri, çox sayda fəaliyyətdə olan və keçmiş rəsmi şəxs, həmçinin nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və yüksək vəzifəli nümayəndələri, tanınmış siyasətçilər, ekspertlərin iştirakı gözlənilir.

 


Create Account



Log In Your Account