Feb 21 2017 19:30
Ulviyye Sabirqizi
Views: 1324

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.

CBC Prezidentin Mətbuat Xidmətinə istinadən xəbər verir ki,Türkiyə prezidenti Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi ilə bağlı təbriklərini çatdırıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Türkiyə prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

Sonra Türkiyə prezidenti Mehriban Əliyeva ilə danışaraq onu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, yüksək dövlət vəzifəsində fəaliyyətində uğurlar arzulayıb.

Mehriban Əliyeva göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

 


Create Account



Log In Your Account