Nov 12 2019 12:24
Elshad Aliyev
Views: 58

“ABŞ-a səfərim zamanı rəsmi şəxslərlə terrorizmlə mübarizə, hərbi və müdafiə sənayesində əməkdaşlıq və digər məsələlər müzakirə ediləcək”.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərindən öncə hava limanında keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, ABŞ-da FETÖ ilə mübarizə ilə də bağlı danışıqlar aparılacaq: “Pensilvaniyadakı terrorçuların rəhbərinin (Fətullah Gülən) ekstradisiyası üçün bir çox addım atılıb, bundan sonra da tərəfimizdən müvafiq addımlar atılacaq. Dövlət çevrilişinə cəhd edənlər məhkəmə qarşısında cavab verənə qədər onlardan əl çəkməyəcəyik”.


Create Account



Log In Your Account