Dec 09 2019 15:22
Elshad Aliyev
Views: 183

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Emmanuel Makronu tənqid edib.

APA-nın xəbərinə görə, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nazirlər toplantısında çıxış edən Türkiyə prezidenti fransalı həmkarını “İslami terror” ifadəsi istifadə etdiyi üçün qınayıb.

“Son NATO zirvəsində Fransanın prezidenti “İslami terror”dan bəhs edir. Özünə bir neçə dəfə demişəm ki, İslamın anlamı sülhdür. Siz “İslami terror” ifadəsi ilə sülh və terroru necə bir araya gətirə bilərsiniz?! Belə bir şey ola bilməz. O, qarşımızda susur və son NATO zirvəsində yenə eyni ifadəni səsləndirir”, - deyə Türkiyə prezidenti bildirib.


Create Account



Log In Your Account