Nov 07 2019 15:10
Elshad Aliyev
Views: 47

Moskva YPG/PYD terrorçularının Suriyanın şimalından çıxarılması ilə bağlı Ankara qarşısındakı öhdəlikləri yerinə yetirməyib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, bölgədə hələ də terrorçular qalmaqdadır və onlar mütəmadi olaraq Türkiyə qoşunlarını atəşə tutur.

Prezident əlavə edib ki, Türkiyə və Rusiya qoşunları Suriyanın şimalında patrulu davam etdirir:

“Türkiyə terrorçuluqla mübarizə üzrə danışıqlar zamanı Rusiya ilə əldə olunmuş razılaşmalara sadiqdir”.


Create Account



Log In Your Account