Mar 05 2020 16:21
Elshad Aliyev
Views: 135

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə görüşün Moskvada keçirilməsinin səbəbini açıqlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, Türkiyə Prezidenti bildirib ki, rusiyalı həmkarı ilə Kremldə baş tutan görüşün əslində Türkiyədə keçirilməsi planlaşdırılıb.

Ərdoğan qeyd edib ki, lakin V. Putinin Rusiya konstitusiyasına dəyişikliklə bağlı gərgin iş qrafiki səbəbindən görüş Moskvada keçirilir.

“İdliblə bağlı görüşümüz böyük əhəmiyyət daşıyır. Regionda gərginlik var. Hesab edirəm ki, bu gün qəbul edəcəyimiz qərarlar bölgəni də, ölkələrimizi də rahatladacaq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.


Create Account



Log In Your Account