Jan 13 2017 10:31
Ulviyye Sabirqizi
Views: 2159

Madridin “Real” klubu məğlubiyyətsiz oyunlarının sayını 40-a çatdırıb.

Zinəddin Zidanın yetirmələri bu nəticəyə yanvarın 12-də İspaniya Kral Kubokunun səkkizdəbir final mərhələsi çərçivəsində “Sevilya”ya qarşı keçirilən cavab oyununda imza atıblar.

CBC xəbər verir ki, Madrid klubu səfərdə 3:1 hesabı ilə geriyə düşdüyü matçdan heç-heçə ilə ayrılmağı bacarıb (3:3) və məğlubiyyətsizlik oyunlar seriyasını davam etdirib.
Bu, İspaniya futbol tarixində yeni rekorddur.

 


Create Account



Log In Your Account