Dec 06 2016 12:14
Ulviyye Sabirqizi
Views: 751

Regional Data Mərkəzi Cənubi Qafqaz regionunda ilk belə layihədir. Mərkəz ölkə və region səviyyəsində kompleks İT xidmətləri göstərir və son texniki göstəricilərə malik baza əsasında müştərilərə fərdi həllər təklif edir. TİER III beynəlxalq sertifikatına cavab verən mərkəzdə fasiləsiz iş rejimində şirkətlərin konkret tələblərinə cavab verən, ehtiyac yarandıqda onlara infrastruktur əldə etməyə imkan yaradan serverlər, həmçinin optimallaşdırılmış şəbəkə qurulub. Bu isə öz növbəsində, şirkətlərə kapital xərcləri olmadan, istismar xərclərini 30-40 faiz azaltmağa imkan yaradır. 
Şərif Şıxlinski, “AZİNTELECOM” MMC-nin direktor müavini: “Data Mərkəzi vahid dövlət Data Mərkəzinə çevrilir və artıq bizim dövlət qurumlarına xidmət edəcək. Bunun üçün Data Mərkəzimizdə virtualizasiya platformasının üzərində bulud xidmətləri təqdim olunur. Virtual serverlər, virtual şəbəkələr, eləcə də virtual yaddaş yeri ayrılıb. Burada həm arxiv, həm də hesablama işləri üçün imkanlar dövlət qurumları üçün artıq yaradılıb”.
Data Mərkəzi vasitəsilə şəbəkələrarası sərhəd qoşulma nöqtələrində siqnal protokollarının ötürülməsinə, media-kanalların keyfiyyətinə də nəzarət həyata keçirilir. 
Artıq özəl şirkətlər də Data Mərkəzinin xidmətlərində maraqlıdırlar. Mərkəz həmçinin beynəlxalq trafik və sertifikatlaşdırma ilə bağlı digər xidmətlər də təqdim edir. Burada mobil şəbəkə üzrə daşınan mobil nömrələrə daxil olan zənglər daşınmanı həyata keçirən operatorun şəbəkəsinə ötürülür, eləcə də sifarişçilərin istəklərinə uyğun olaraq müxtəlif tarif paketlərinin tətbiqi, silsilə servislərin idarə edilməsinə də təminat yaradılır. Mərkəz ölkədə informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafı ilə yanaşı, Azərbaycanın informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək və innovasiyalara şərait yaradacaq. 

 


Create Account



Log In Your Account