Dec 15 2018 16:23
Ferah Sabirqizi
Views: 187

Azərbaycan Tibb Assosiasiyasının (ATA) Pediatriya və Ginekologiya Dərnəklərinin, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzi, birgə təşkilatçılığı ilə Landmark Oteldə  “Reproduktiv Sağlamlıq: Tibbi və Psixoloji Aspektlər” adlı I Milli Konfrans keçirilib. 

Konfransda  ginekoloji, psixoloji, pediatrik mövzularda 12 məruzə dinlənilib. ATA Pediatriya Dərnəyinin  Koordinatoru Dos. Dr. Nigar Sədiyeva, PM Akademiya Psixoloji Xidmət və Uşaq İnkişaf Mərkəzinin uzman psixoloji konsultantı, cinsi münasibətlər üzrə terapevti Phd(c) Maarif Məmmədov, ATA Ginekologiya Dərnəyinin  Koordinatoru Uzm. Dr. Turab Canbaxışovla yanaşı bir sıra uzman psixoloq, ginekoloq və pediatr cinsi sağlamlıq, ailə münasibətləri, uşaqlara və yeniyetmələrə düzgün yanaşma ilə əlaqəli mövzularda məruzə ilə çıxış ediblər. 

Konfransın məqsədi problemlərə multidisiplinar yanaşmanı ortaya qoymaqdan ibarət olub. Bu məqsədlə məruzəçilər reproduktiv sağlamlığa tibbi psixoloji aspektləri təqdim ediblər. 

Konfransda iştirak edən həkimlərə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən təsdiqlənmiş Davamlı Tibbi Təhsil üzrə kredit saatları olan sertifikatlar verilib.

Konfransın bədii hissəsində Respublika İncəsənət Gimnaziyasının və Birgə və Sağlam İctimai Birliyinin uşaqlardan ibarət xor və ritm qrupları, ATU-nin tələbəsi E.Hacıhəsənova çıxış ediblər. 

 


Create Account



Log In Your Account