May 04 2020 15:33
Elshad Aliyev
Views: 61

Karantin dövründə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası biri-birindən maraqlı aksiyaları ilə izləyicilərə virtual xidmət göstərməkdə davam edir.

AZƏRTAC xəbər verir ki, növbəti belə layihələrdən biri Böyük Vətən müharibəsinin 75 illiyi münasibətilə həyata keçirilən “Böyük Vətən müharibəsində Azərbaycan səhifəsi” aksiyasıdır.

Aksiyada ümummilli lider Heydər Əliyevin bu sözləri deviz kimi istifadə edilib: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm

döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124

özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-45-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir".

Azərbaycan xalqının Böyük Vətən müharibəsində göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. Hərbi vətənpərvərlik ruhunu özündə daşıyan bu aksiyanın əsas məqsədi gənc nəslə 75 illik tarixə malik Böyük Vətən müharibəsi və bu müharibədə bilavasitə iştirak edən Azərbaycan xalqı haqqında məlumat verməkdir. Respublika Gənclər Kitabxanasının əməkdaşları aksiyaya başlayarkən ilk növbədə bu geniş mövzunu bir neçə bölməyə ayırmış və bölmələrə uyğun materiallar toplanmağa başlamışlar. “Tarix”, “İqtisadiyyat”, “Bakı nefti”, “Azərbaycanlı partizanlar”, “Qəhrəman Azərbaycan qadınları”, “Böyük Vətən müharibəsi və Azərbaycan kinosu”, “Böyük Vətən müharibəsi və Azərbaycan musiqisi”, “Böyük Vətən müharibəsi mövzusu Azərbaycan dramaturgiyasında” və s. kimi bölmələrdən ibarət bu aksiya çərçivəsində müharibə illərində Azərbaycan xalqının müxtəlif sahələrdə göstərdikləri qəhrəmanlıq, mübarizə əzmi videoçarxlar və virtual sərgilər vasitəsilə nümayiş etdirilir. Kitabxana əməkdaşları aksiya çərçivəsində Sovet İttifaqı Qəhrəmanı, əməkdar elm xadimi Ziya Bünyadov, Bakı nefti, Azərbaycan təyyarəçiləri, qəhrəman qadınları, milli atıcı diviziyalar və s. haqqında videoçarxlar hazırlayıblar. Onu da qeyd edək ki, sözügedən aksiya qısa müddət ərzində öz ətrafında kifayət qədər geniş izləyici auditoriyası toplayıb və bu aksiya “Baxış” saylarına görə liderliyi ələ almışdır.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası “Böyük Vətən müharibəsində Azərbaycan səhifəsi” adlı aksiyası çərçivəsində hazırlanmış videoçarxlarla aşağıda qeyd olunmuş “İnstaqram” və “Facebook” səhifələri vasitəsilə tanış ola bilərsiniz: https://instagram.com/c_cabbarli_resp_genc_kitabxana?igshid=nndqfexh28sb

https://www.facebook.com/profile.php?id=100011349961279


Create Account



Log In Your Account