Mar 10 2020 12:18
Elshad Aliyev
Views: 38

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirləri davam etdirir.

DANX-dan AZƏRTAC-a bildirilib ki, respublika ərazisində fəaliyyət göstərən 56 avtovağzal və avtostansiyada gündəlik dezinfeksiya işlərinin təşkil edilməsinə dair müvafiq tapşırığa uyğun olaraq hər gün ümumilikdə 5 min avtonəqliyyat vasitəsində təlimata uyğun şəkildə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Respublikanın Bakı, Gəncə, Göyçay, Lənkəran, Mingəçevir, Quba, Şəki, Şirvan, Sumqayıt, Tovuz və Yevlax da daxil olmaqla 11 regional bölməsi üzrə müvafiq nəzarət tədbirlərinin həyata keçirilməsi üçün işçi qrup sadalanan bölgələrimiz üzrə ezam edilib. Dezinfeksiya işləri şəhərlərarası, şəhərdaxili və taksi avtonəqliyyat vasitələrinin reysdə olmadığı saatlarda, gün ərzində 2 dəfə (səhər və gecə) təmin edilir. Gəncə regional ərazi bölməsi üzrə 340, Göyçay üzrə 128, Lənkəran üzrə 549, Mingəçevir üzrə 360, Quba üzrə 411, Şəki üzrə 516, Şirvan üzrə 420, Sumqayıt üzrə 474, Tovuz üzrə 757, Yevlax üzrə 543, ümumilikdə respublika üzrə 4498 avtonəqliyyat vasitəsində dezinfeksiya işləri təmin edilib. Görülən təhlükəsizlik tədbirlərini nəzərə alaraq sərnişinlərə müntəzəm marşrut xətləri üzrə xidmətdə olan avtobuslarla səfər etmələri, avtovağzal ərazisindən çıxmayan nəqliyyat vasitələrindən istifadə etməmələri tövsiyə olunur.

Əlavə məlumat əldə etmək üçün (012) 566-52-58 və (012) 567-06-57 “qaynar xətt”inə zəng etmək mümkündür.


Create Account



Log In Your Account