Mar 12 2020 12:56
Elshad Aliyev
Views: 114

İçərişəhərdə keçirilməsi nəzərdə tutulan Novruz tədbirləri ləğv edilib.

Bu barədə AZƏRTAC-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, COVID-19 (koronavirus) virusuna qarşı ölkəmizdə aparılan müvafiq profilaktik tədbirlərin gücləndirilməsi çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın 10 mart 2020-ci il tarixli məlumatı və tövsiyələrinə əsasən İçərişəhərdə martın 19-dan 29-dək planlaşdırılan ənənəvi Novruz tədbirləri ləğv edilir.


Create Account



Log In Your Account