Jun 11 2021 10:06
Elshad Aliyev
Views: 89

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində filologiya üzrə elmlər doktoru, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Aida Qasımovanın “Nizami Gəncəvinin “Yeddi gözəl” əsərinin ərəb qaynaqları” adlı onlayn mühazirəsi əsasında Nizami Gəncəviyə həsr olunmuş elmi-praktik seminar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilən tədbirdə fəlsəfə elmləri doktoru Könül Bünyadzadə, filologiya elmləri doktoru, professor Rəhilə Qeybullayeva, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy, filologiya elmləri doktoru, professor Sənan İbrahimov və şərqşünas alim, dosent Əsmətxanım Məmmədovanın məruzə ilə bağlı çıxışları dinlənilib. Eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrinin ifasında Nizami Gəncəviyə həsr edilmiş kompozisiya nümayiş edilib.


Create Account



Log In Your Account