Apr 09 2020 18:06
Elshad Aliyev
Views: 178

İranın İRNA dövlət informasiya agentliyinin saytında Heydər Əliyev Mərkəzinin binası üzərində İran bayrağının videoproyeksiya olunması və koronavirusla mübarizədə dəstəklənməsi haqqında material dərc olunub.

AZƏRTAC xəbər verir ki, materialda hər iki xalqın oxşar dəyərlərə malik olduğu, humanizmə və insanpərvərliyə böyük önəm verdiyi vurğulanır. İki qonşu və dost dövlətin bir-birinə dayaq olduğu qeyd edilir.

Yazıda, həmçinin Azərbaycanda koronovirusun yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən səmərəli tədbirlərdən bəhs olunur.


Create Account



Log In Your Account