Oct 25 2019 16:08
Ferah Sabirqizi
Views: 60

S.N.G.N. Romgaz S.A. və SOCAR şirkətləri arasında geoloji kəşfiyyat və hasilat sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun məqsədi Azərbaycan Respublikası və Rumıniyanın, eyni zamanda beynəlxalq birliyin ümumi maraqlarına xidmət edən layihələrin inkişafı naminə strateji əməkdaşlıq qurmaqdır. 

Romgaz şirkətinin baş icraçı direktoru Konstantin Adrian Volintiru bununla bağlı demişdir: “SOCAR kimi bir tərəfdaşla əməkdaşlıq hər iki şirkətə qarşılıqlı fayda verəcək əla imkandır. Neft və qaz sənayesində oxşar tarixə malik iki ölkə arasında nou-hau, texnologiya və təcrübə mübadiləsi uğurlu əməkdaşlığa yol açacaq. Ən son texnologiyalar və təcrübələr vasitəsilə az tədqiq olunmuş hövzələrdə əhəmiyyətli kəşflər etmək olar.”

Rumıniyanın ən böyük təbii qaz istehsalçısı və əsas qaz təchizatçısı Romgaz 70%-i dövlətə məxsus olan şirkətdir. Buxarest və London birjalarında qeydə alınmış bir şirkət olan Romqaz təbii qazın kəşfiyyatı, hasilatı, saxlanması və marketinqi ilə məşğul olur.    

SOCAR qlobal miqyasda fəaliyyət göstərən dövlət şirkətidir. Şirkətin fəaliyyət sahələri arasında neft və qaz yataqlarının kəşfiyyatı, neft, qaz və kondensatın hasilatı, emalı və nəqli üstünlük təşkil edir. SOCAR həmçinin ölkə daxilində və beynəlxalq bazarlarda neft və neft-kimya məhsullarının satışı ilə  məşğuldur. Şirkət əməliyyat effektivliyi, sosial və ekoloji məsuliyyət sahəsində qabaqcıl təcrübəyə malik, şaquli inteqrasiya olunmuş beynəlxalq enerji şirkətinə çevrilməyi hədəfləyir. 


Create Account



Log In Your Account