Feb 18 2017 16:55
Ulviyye Sabirqizi
Views: 1373

"Real Madrid” klubunun futbolçusu Kriştiano Ronaldonun ötən ilki qazancının məbləği açıqlanıb.

CBC-nin xarici KİV-ə istinadən məlumatına görə, o, 2016-cı ildə 442 milyon funt sterlinq (təxminən 500 milyon dollar) əldə edib. Ronaldo bu gəliri siması olduğu "Nike" firmasının reklamından qazanıb.

O, brendi sosial mediada reklam edərək 1703 dəfə firmanın adını çəkib. Bu il isə bu məbləğin ikiqat artacağı gözlənilir.

Xatırladaq ki, 2003-cü ildən "Nike"la əməkdaşlıq edən Ronaldo ötən il firma ilə ömürlük müqavilə bağlayıb. O, bundan başqa öz adına olan "CR7" alt paltarı brendini də reklam edir.

 


Create Account



Log In Your Account