Dec 24 2018 17:27
Ferah Sabirqizi
Views: 282

Rusiyada fəaliyyət göstərən “Rossiya 24” telekanalının reportyoru Mariya Qladkix Azərbaycan haqqında “Mersi, Baku” adlı veriliş hazırlayıb.

Verilişin adının fransız dilindəki “mersi boku” (“çox sağ olun”) söz birləşməsindən götürən və “Mersi, Baku” (“Sağ ol, Bakı”) adlandıran jurnalist Bakının gəzməli, görməli yerlərində olub, unikal görüntülər lentə alıb.

Bakıda insanlarla mehriban söhbətlər aparan, onlarla Azərbaycan mahnıları oxuyan Mariya Qladkix Bakını "Yaxın Şərqin Paris"i adlandırıb.

O, Azərbaycan prezidenti İlham Əliyevlə də görüşüb, ondan açıqlama alıb.

Rusiya-Azərbaycan dostluğuna dair əyanı görüntüləri lentə alan jurnalist Azərbaycan mədəniyyəti və incəsənətinə, eləcə də iqtisadiyyatına və mətbəxinə dair maraqlı fikirlər səsləndirib.

CBC.az həmin videonu təqdim edir:

 


Create Account



Log In Your Account