Mar 30 2020 12:20
Elshad Aliyev
Views: 138

Yaşadığımız qlobal proseslər təbii təhdidləri yaratmaqla yanaşı, sahələrin qarşısında yeni fəaliyyət formatlarının müəyyən etməsini də tələb edir. Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi də öz vəzifə funksiyalarının icrasını yeni formatda davam etdirməkdədir.

Ölkəmizdə koronavirus (COVID-19) infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə hökumət tərəfindən məqsədyönlü tədbirlər görülməkdədir. Hazırda müxtəlif sahələr üzrə ixtisaslaşmış müəssisələrin fəaliyyətində fasilələrin yaranmaması və lazımi işgüzar mühitin dəstəklənməsi məqsədilə vəzifə xidmətlərinin yerinə yetirilməsində yeni təhlükəsiz formatların axtarışı aktuallıq kəsb edir.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, yaranmış mürəkkəb vəziyyəti nəzərə alaraq, həmçinin Mədəniyyət Nazirliyin mədəniyyət müəssisələrinin fəaliyyətinin səmərəli təşkili haqqında müvafiq əmrin icrası məqsədilə Mərkəz öz metodiki vəzifələrinin icrası çərçivəsində Nazirliyin və Mərkəzin rəsmi internet resurslar üzrərində “Elektron Mədəni Konsaltinq xidmətləri” (EMK) adlı yeni layihəsini təqdim edir. EMK xidmətlər çərçivəsində Mərkəz məsafəli iş rejimində müxtəlif səpkili onlayn layihələri reallaşdırmaq niyyətindədir.

Artıq bir neçə təşəbbüs, o cümlədən “Metodiki tövsiyələrin elektron təqdimatı”, mədəniyyət təzahürlərin açıq müzakirəsi və s. layihələr reallaşdırılıb. Eyni zamanda mərkəzin əməkdaşları "Evdə qal! Evdə Yarat!" kimi sosial çağrışlara həsr olunmuş müxtəlif televiziya kanalların verilişlərində çıxış edib.

Bundan sonra da mərkəz tərəfindən onlayn rejimində müxtəlif profilli mədəniyyət müəssisələrin fəaliyyətinə dair metodiki məsləhətləşmələr, konkret mövzulara həsr olunmuş mühazirələr, o cümlədən tanınmış alimlərin mühazirələri, mədəni konsaltinq, ixtisasartırma mühazirləri, gənc mədəniyyət işçiləri ilə açıq müzakirələr, böhran vəziyyətlərdə mədəniyyət müəssisələrinin idarə olunması üzrə məsləhətərin təqdim edilməsi də nəzərdə tutulur.

Belə ki, muzey, mədəniyyət evləri, kitabxana, rəsm qalereyaları və digər mövzularını əhatə edərək, Mərkəzin əməkdaşları konkret vəzifələrin icrası, kreativ təfəkkür, səriştə və yanaşmalarla bağlı elektron layihəyə fəal qoşularaq öz bilik və bacarıqlarını birüzə vermək imkanı qazanacaqlar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” sözlərini şüar edərək, mərkəz öncədən təqdim olunacaq cədvələ uyğun olaraq müəssisənin rəsmi internet saytı, “Facebook”, “Instagram” səhifələri, “Twitter”, “Telegram” və “Youtube” kanal vasitəsilə istifadəçilərə sözügedən layihələri təqdim edəcək.


Create Account



Log In Your Account