Apr 02 2020 15:17
Elshad Aliyev
Views: 54

İran Prezidenti Həsən Ruhani koronavirus infeksiya ilə əlaqədar tətbiq edilən qadağalara əməl edən ölkə vətəndaşlarına təşəkkür edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, koronavirusla bağlı komissiyasının iclasında çıxış edən İran Prezidenti xəstəliyin nə zaman aradan qalxacağının bilinmədiyini vurğulayıb.

“İranda koronavirus qarşıdakı aylara, bəlkə də 20 mart 2021-ci ilə qədər davam edə bilər. Buna görə də Səhiyyə Nazirliyinin açıqladığı qaydalara əməl etməyə davam etməliyik”, - deyə H. Ruhani vurğulayıb.


Create Account



Log In Your Account