Apr 23 2020 17:56
Elshad Aliyev
Views: 125

Rumıniyada koronavirusa yoluxanların sayı 10 min nəfəri keçib.

AZƏRTAC xəbər verir ki, hazırda Rumıniyada 10 min 96 nəfər bu xəstəliyə yoluxub. Bunlardan 386 nəfəri son 24 saat ərzində qeydə alınıb. Ölkədə xəstəlikdən 527 nəfər ölüb, 2406 nəfər sağalıb, 236 nəfər intensiv terapiyadadır. Rumıniya ərazisində 12 min 226 nəfər karantində yerləşir, 28 min 131 nəfər evində təcrid edilib. Hazırda ölkədə 113 min 336 test həyata keçirilib.


Create Account



Log In Your Account