May 07 2020 17:57
Elshad Aliyev
Views: 81

Rumıniyada sutka ərzində 392 koronavirusa yoluxma hadisəsi baş verib. AZƏRTAC Rumıniya səhiyyə nazirliyinə istinadən xəbər verir ki, ölkədə 14 min 499 nəfər koronavirusa yoluxub. 876 nəfər xəstəlikdən ölüb. 6 min 144 nəfər sağalıb. İntensiv terapiya şöbəsində 234 xəstə yerləşir. Rumıniya ərazisində 14 min 142 nəfər karantində saxlanılır, 20 min 841 nəfər evdə təcrid olunub. Hazırda 226 min 613 test həyata keçirilib. Bunlardan 9474-ü son sutkada baş tutub.


Create Account



Log In Your Account