Feb 25 2020 16:57
Elshad Aliyev
Views: 177

Rumıniyanın “News24hours” xəbər portalında Azərbaycanın turizm potensialı barədə davamı olaraq məqalələr yer alır.

AZƏRTAC xəbər verir ki, bu dəfə portalda Azərbaycanda fəaliyyət göstərən hamamlar barədə məqalə verilib.

Yazıda qeyd olunur ki, hazırda ölkəmizdəki tarixi hamamların əksəriyyəti memarlıq abidəsi kimi qorunur, bir neçəsi isə öz təyinatı üzrə istifadə olunur. Azərbaycanın bir çox bölgələrində fəaliyyət göstərən hamamların adları, tarixi barədə məlumat verilib. Gəncədə yerləşən Çökək hamamının 2002-ci ildən beynəlxalq əhəmiyyətli mədəniyyət abidəsi statusu alması və UNESCO tərəfindən mühafizə olunması vurğulanıb.


Create Account



Log In Your Account