Aug 12 2020 17:29
Elshad Aliyev
Views: 145

Rumıniyada koronavirusa yoluxanların sayı 65 min 177 nəfərə çatıb.

AZƏRTAC Rumıniya səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 1415 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 2807 nəfərdir, 31 min 48 nəfər sağalıb.

Qeyd edək ki, vəziyyətin kəskinləşdiyinə görə Rumıniya hökuməti vətəndaşları sanitar normalara riayət etməyə çağırır.


Create Account



Log In Your Account