Jan 06 2020 14:45
Elshad Aliyev
Views: 1417

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun daha iki yaşayış məntəqəsi - Muğancıq Mehrab və Məmmədsabir kəndləri abadlaşıb. Belə ki, hər iki kənddə bir sıra sosial obyektlər tikilib, yaxud yenidən qurulub, infrastrukturlar yenilənib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Muğancıq Mehrab kəndindəki tam orta məktəb binasının əsaslı şəkildə yenidən qurulması, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının inşası başa çatıb. İnşaatçılar yeni obyektlərdə layihəyə uyğun olaraq milli memarlıq ənənələrinə daha çox üstünlük verib, keyfiyyət amilinə xüsusi diqqət yetiriblər. Qarxun, Muğancıq Mehrab, Məmmədsabir kəndlərini və Şərur şəhərini birləşdirən avtomobil yolu da əsaslı şəkildə təmir olunub, genişləndirilib və asfalt örtük salınıb.

Məmmədsabir kəndində də ötən ilin ortalarından başlamış quruculuq işləri yekunlaşıb. Bu yaşayış məntəqəsində kənd və xidmət mərkəzləri tikilib.

Muğancıq Mehrab və Məmmədsabir kəndlərində tikilən, yaxud yenidən qurulan bütün obyektlərin həyətlərində və ətrafında abadlıq, yaşıllaşdırma tədbirləri görülüb, suvarma və içməli su xətləri çəkilib, rabitə, elektrik və qaz xətləri təzələnib.


Create Account



Log In Your Account