Feb 23 2021 18:15
Elshad Aliyev
Views: 44

Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) Xocalıya həsr olunmuş konfrans keçirəcək.

AZƏRTAC xəbər verir ki, “Tarixin dərsləri və bəşəriyyətə qarşı törədilən cinayətlərin vaxtında qarşısının alınmasında müasir gənclərin rolu” mövzusunda konfrans Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin və Azərbaycanın RF-dəki səfirliyinin iştirakı ilə keçirilir.

Konfrans iştirakçıları “Xocalı soyqırımı: XX əsrin faciəsi”, “Soyqırımı bəşəriyyət üçün qlobal təhdid kimi: Soyqırımının və irqi ayrı-seçkiliyin bütün formalarının təzahürlərinə qarşı mübarizədə beynəlxalq səylərin əhəmiyyəti”, “Gənclərin rolu: tarixi yaddaşın qorunması, vətənpərvərlik ruhunun və millətlərarası ünsiyyət mədəniyyətinin tərbiyəsi istiqamətində iş” və sair mövzuları müzakirə edəcəklər.

Konfrans Moskvadakı Yəhudi Muzeyi və Tolerantlıq Mərkəzində oflayn və onlayn rejimdə (“Zoom” platformasında) təşkil olunacaq.

 


Create Account



Log In Your Account