May 06 2020 12:55
Elshad Aliyev
Views: 56

Ötən gün Rusiyada daha 10 min 559 nəfərdə koronavirus infeksiyası aşkar edilib.

AZƏRTAC xəbər verir ki, bu ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 165 min 929 nəfərə çatıb. Yeni yoluxanların 5558 nəfəri Moskva sakinidir. Ümumilikdə, Rusiya paytaxtında 85 min 973 COVID-19 xəstəsi qeydə alınıb.

Ölkədə indiyədək bu xəstəlikdən 21 min 327 nəfər sağalıb, 1537 xəstə vəfat edib.

Hazırda Rusiya koronavirus infeksiyasına yoluxmuş xəstələrin sayına görə dünyada 5-ci yerdədir.


Create Account



Log In Your Account