May 19 2021 12:06
Elshad Aliyev
Views: 105

Rusiya Dövlət Duması Açıq Səma Müqaviləsini denonsasiya edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dumanın bu gün keçirilən plenar iclasında Prezident Vladimir Putin tərəfindən Rusiyanın Açıq Səma Müqaviləsindən çıxması haqqında qanun layihəsinə baxılıb.

Qanun layihəsi yekdilliklə qəbul olunub.

Qeyd edək ki, Açıq Səma Müqaviləsi 1 yanvar 2002-ci il tarixində qüvvəyə minib və “soyuq müharibə”dən sonra Avropada inamın möhkəmləndirilməsi tədbirlərindən biri olub. Bu müqavilə iştirakçı üzv olan 34 ölkəyə bir-birlərinin silahlı qüvvələri və tədbirləri haqqında məlumat toplamağa imkan verib. Ötən ilin mayında ABŞ bu sazişdən çıxma prosedurunu başladıb və bu, noyabrın 22-də başa çatıb. Rəsmi Moskva isə bu ilin yanvarında məlum müqavilədən çıxdığını bəyan edib. Rusiya XİN Vaşinqtonun hərəkətlərinin digər dövlətlərin maraqlar balansını əhəmiyyətli dərəcədə pozduğunu bildirib.


Create Account



Log In Your Account