Mar 11 2020 17:11
Elshad Aliyev
Views: 103

Rusiya Federasiya Şurası ölkə konstitusiyasına dəyişikliklərlə bağlı qanun layihəsini təsdiq edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qanun layihəsinin lehinə 160 senator səs verib.

Bir nəfər əleyhinə olub, 3 nəfər isə bitərəf qalıb.

Qeyd edək ki, bu gün Rusiya parlamentinin aşağı palatası olan Dövlət Duması III oxunuşda konstitusiyaya dəyişikliklərlə bağlı qanun layihəsini qəbul edib. Bundan sonra qanun layihəsi təsdiqlənməsi üçün regional parlamentlərə, imzalanması üçün isə Rusiya Prezidentinə göndəriləcək.


Create Account



Log In Your Account