Apr 23 2020 18:04
Elshad Aliyev
Views: 110

Rusiya İstintaq Komitəsində finlərin 1941-44-cü illərdə Kareliyanin dinc əhalisinə qarşı kütləvi qətl törətməsi ilə bağlı "soyqırımı" maddəsi ilə cinayət işi başlanıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

"Prossesual yoxlama və kütləvi qətllər barədə arxiv materiallarının öyrənilməsi nəticəsində "soyqırımı" maddasi ilə cinayət işi açılıb", - deyə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi vurğulayıb.

Komitənin məlumatına görə, Kareliya-Fin Sovet Sosialist Respublikasının işğalından sonra finlər orada etnik rus əhalinin saxlanılması üçün ən azı 14 konslager-əsir düşərgəsi yaradıblar.

“Həmin düşərgələrdə yaşayış şəraiti, qida və əmək norması insan həyatı üçün uyğun olmayıb. Regionun işğalı zamanı 1941-44-cü illərdə düşərgələrdə 24 mindən çox insan saxlanılıb. 2 mindən çoxu uşaq olmaqla, 8 mindən çoxu həlak olub. 7 mindən çox hərbi əsir dir-diri basdırılıb, qaz kameralarında boğulub və güllələnib. Hazırda Kareliyada fin düşərgələrində bu vəhşiliyin şahidi olmuş iki mindən çox insan yaşayır”, - deyə Rusiya İstintaq Komitəsinin məlumatında qeyd olunub.


Create Account



Log In Your Account